Öldürülən qızıl alverçisinin evindən külli miqdarda qızıl oğurlanıb
Bizi izləyin

Hadisə

Öldürülən qızıl alverçisinin evindən külli miqdarda qızıl oğurlanıb

Ötən gün Bakıda yaşadığı mənzildə amansızlıqla qətlə yetirilən qadının mənzilindən külli miqdarda qızıl əşyalar oğurlanıb.

Publika.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 5-də Bakı şəhər sakini Məryəm Namidzadənin üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti yaşadığı Nəsimi rayonunun F.Qasımzadə küçəsindəki evində tapılıb.

M.Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.

Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm