Maşında sıxışıb qalan sürücü belə xilas edildi (VİDEO/FOTO)
Bizi izləyin

Hadisə

Maşında sıxışıb qalan sürücü belə xilas edildi (VİDEO/FOTO)

Bərdə rayonunda qeydə alınan qəzada sürücülər və sərnişinlər möcüzə nəticəsində sağ qalıblar.

Qəza Bərdə-Yevlax avtomobil yolunun Bərdənin Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rəşad Məmmədovun idarə etdiyi “VAZ-2106” avtomobillə, Rəşad Yadigarovun idarə etdiyi “Mercedes” markalı minik maşını toqquşub.

Toqquşmanın təsirindən “Mercedes”in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sürücü Rəşad Yadigarov Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən minik maşınından çıxarılıb.

Hər iki avtomobilin xəsarət alan sürücüləri və “VAZ-2106”da olan sərnişin, 27 yaşlı Fərqanə Məmmədova Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Avtomobillər isə yararsız hala düşüb. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm