Bakıda dəhşətli qətl: əl-ayağını bağlayıb bıçaqladılar
Bizi izləyin

Hadisə

Bakıda dəhşətli qətl: əl-ayağını bağlayıb bıçaqladılar

Yanvarın 7-də Bakının Nizami rayonu ərazisində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Nizami rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun R.Rüstəmov küçəsi ev 4, mənzil 46 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1982-ci il təvəllüdlü Fərid Fərhad oğlu Abbasovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkar edilib.

Hadisə həmin gün səhər saat 10 radələrində baş verib. F.Abbasovun meyiti kirayə yaşadığı evdə əl-ayaqları iplə bağlanmış halda tapılıb. Meyitin üzərində çoxsaylı xəsarətlər və başın çoxsaylı zədə əlamətləri olub. Naməlum şəxslər küt alətlərlə F.Abbasovun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

F.Abbasov aldığı xəsarətlərdən qanaxma nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün istintaq əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm