Tovuzda xəstəxanada ana və uşağı öldü - YENİLƏNİB
Bizi izləyin

Hadisə

Tovuzda xəstəxanada ana və uşağı öldü - YENİLƏNİB

Tovuz rayonunda doğuş zamanı ölüm hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayonun Kirən kənd sakini Lalə Yunanova və qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi övladı ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov Publika.az-a bildirib ki, hadisəyə səbəb Kürən kənd sakini 21 yaşlı Lalə Yunanovanın beyin qan dövranının pozulması, beyninə qansızması olub.

“Xəstə 3 gün əvvəl Tovuz Rayon Mərkəzi Xəstəxanasına huşsuz vəziyyətdə daxil olub. Beyninə qan sızmışdı. Dərhal əməliyyata aldıq ki, uşağı çıxaraq. Bakı şəhərindən də briqada gəldi, biz 3 gün ərzində əlimizdən gələni etdik. Amma qadının və uşağın həyatını xilas etmək mümkün olmadı”, - deyə baş həkim bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm