Sərnişin avtobusu qəza törətdi - FOTO
Bizi izləyin

Hadisə

Sərnişin avtobusu qəza törətdi - FOTO

Bakıda sərnişin avtobusu qəza törədib.

Axar.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 11 ünvanında baş verib.

60 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu piyadaya yol vermək istəyən 90 TV 447 dövlət nömrə nişanlı BMW markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində minik maşını yararsız hala düşüb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm