Dəm qazı 3 nəfərin həyatına son qoydu
Bizi izləyin

Hadisə

Dəm qazı 3 nəfərin həyatına son qoydu

Son günlər respublika ərazisində daha üç nəfər dəm qazından zəhərlənərək ölüb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ rayonunun Buta qəsəbəsində yaşayan Elnurə Məmmədrzayeva, Kürdəmir rayonunda yaşayan Vasif Mikayıllı evlərində dəm qazından zəhələnərək ölüblər.

Nəsimi rayonu ərazisində yaşayan Arzu Abdullayeva isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm