Azərbaycan-İran sərhədində Banqladeş vətəndaşları saxlanıldı - FOTOLAR
Bizi izləyin

Hadisə

Azərbaycan-İran sərhədində Banqladeş vətəndaşları saxlanıldı - FOTOLAR

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiya məqsədləri ilə dövlət sərhədinin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DSX-nın mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, yanvarın 7-də həyata keçirilən tədbirlər nəticəsində Biləsuvar rayonu ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Biləsuvar rayon sakinləri Cəfərov Fuad Abbasqulu oğlu və Rəhimov Samir Ataş oğlu 1000 qutu “MM” markalı və 470 qutu “Continental” markalı siqaretləri dövlət sərhədindən keçirməyə cəhd göstərərkən saxlanılıblar.

Bundan başqa yanvarın 9-da həmin sərhəd zastavas;nın xidməti sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşad Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu narkotik vasitə olan 3,9 kq həşiş qətranı və 3,7 kq marixuana ilə tutulub.

Yanvarın 10-da isə Füzuli rayonunun Əhmədalılar kənd ərazisindəki zastavanın xidməti sahəsində Azərbaycandan İrana keçməyə cəhd göstərərkən Banqladeş vətəndaşları - Kansar Mohammad, Motabbar Mahin və Sarkan Anasdır saxlanıl­ıblar. Saxlanılmış şəxslərin dövlət sərhədini pozmaqla İrana, oradan isə qaçaq yolla Türkiyəyə keçmək niyyətində olmaları müəyyən edilib.

Hər üç fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm