Yevlaxda müəlliməni qətlə yetirən qardaşı tutuldu
Bizi izləyin

Hadisə

Yevlaxda müəlliməni qətlə yetirən qardaşı tutuldu

Bu gün Yevlax rayonunda 2 saylı musiqi məktəbinin qarşısında qətl hadisəsi törədilib. Məktəbin müəlliməsi Ahu Hüseynova qardaşı tərəfindən bıçaqlanıb.

Məktəbdən Publika.az-a bildiriblər ki, A.Hüseynova 10 ildən çoxdur məktəbdə işləyirdi. O yoldaşından ayrılıb, iki övladı ilə birlikdə ayrı evdə yaşayırdı.

“Ahu müəllimə mehriban, ünsiyyətcil qadın idi. Yoldaşından ayrılsa da, onunla bağlı problemləri yox idi. Bildiyimizə görə, bir neçə mağazaya borcu olub. Lakin borca görə adam bıçaqlamazlar. Hadisə baş verəndə biz dərsdə idik, qəfildən səs-küy eşidildi. Sonradan bildik ki, o, dərsə gələndə küçədə bıçaqlanıb. Deyilənə görə, qadın qardaşı tərəfindən bıçaqlanıb. Lakin qardaşı və ya ailəsi ilə münasibətlərinin pis olması barədə məlumatımız yox idi”, - deyə məktəbdən bildiriblər.

Yevlax rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, müəlliməni qətlə yetirən qardaşı saxlanılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm