• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Şagirdi döyən müəllim işdən çıxarıldı

  • Hadisə
  • 14 Yanvar 2016 10:41
  • 916 Baxış
Şagirdi döyən müəllim işdən çıxarıldı

"Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi yanvarın 9-da baş verib".

22 saylı məktəbin direktoru Tahirə Səfərova Publika.az-a açıqlamasında bildirib ki, tarix müəllimi İdris Hüseynov 8-ci sinif şagirdindən dəfələrlə dərsi soruşub.

"Lakin o, dərsə hazır olmadığını deyib, aqressiv cavab verib. Nəticədə, belə bir hadisə baş verib. Həmin şagird məktəbin yaxşı oxuyanlarındandır. Onun heç zaman müəllimlərlə problemi olmayıb. Sadəcə İdris müəllimin aqressiv danışığına görə kobud cavab verib. Elə İdris müəllim də çox savadlı, yaxşı müəllimdir. 60 yaşı var, uzun illərdir müəllim işləyir. Sadəcə son zamanlar ailəsində müəyyən problemləri var idi. Əsəbləri gərgin idi”.

Direktor artıq şagirdin və müəllimin izahatının alındığını bildirib:

“Şagird özü də dərsə hazır olmadığına görə müəllimin belə davrandığını deyib. İdris müəllimlə də danışıq aparmışıq. O, öz ərizəsi ilə işdən azad edilib”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR