Qardaşı tərəfindən öldürüldüyü deyilən qızın yoxaçıxma SƏBƏBİ (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Qardaşı tərəfindən öldürüldüyü deyilən qızın yoxaçıxma SƏBƏBİ (YENİLƏNİB)

Tovuzda 3 gün əvvəl yoxa çıxan 21 yaşlı qız tapılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı tapılaraq bu gün səhər ailəsinə təhvil verilib.

Məlumata görə qız evlərinin yaxınlığında yaşayış olmayan tikilidə gizlənirmiş.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparırlar.

***

Tovuzda qardaşı tərəfindən öldürülüb kənd qəbiristanlığında basıdırıldığı iddia edilən Zülfiyyə Məhərrəmovanın yoxa çıxma səbəbləri məlum olub.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, 21 yaşlı qız qardaşından qorxaraq belə bir addıma əl atıb.

Bildirilir ki, Z. Məhərrəmova yoxa çıxmazdan əvvəl onun şübhəli şəxs qismində saxlanan qardaşı Anar Səmədov evdən sevgi məktubu tapıb. Məktubdan əsəbiləşən qardaş bacısını döyüb və Züfliyyəyə bildirib ki, evə qayıdanda onu daha pis döyəcək.

Qardaşının onu döyəcəyindən və məktub məsələsinin ailəsi tərəfindən bilinəcəyini düşünən qız evdən qaçmağa qərar verib və qonşuluqdakı evlərdən birində gizlənib.

Həmin evdə 3 gün tək qalan qız qonşulardan birinin onu görməsi nəticəsində tapılıb.

Bu günlər ərzində ac qalan Zülfiyyə Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hazırda həkim nəzarəti altındadır.

Onu da dəqiqləşdirə bildik ki, Zülfiyyə Məhərrəmova iki ildir ki, universitetə hazırlaşır. Ötən il universitetlərdən birinin ödənişli əsaslarla olan ixtisasına qəbul olub. Lakin ailənin maddi imkanı buna imkan vermədiyi üçün 21 yaşlı qız universitetə gedə bilməyib. Hazırda isə pulsuz təhsil ala biləcəyi ixtisasa qəbul olmaq üçün hazırlaşır.

Evdən aşkarlanan qan ləkəsinin isə kimə məxsus olduğu hələlik bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm