Hadisə
Prokurorluq jurnalistin öldürülməsi xəbərinə aydınlıq gətirdi
Yasamal Rayon Prokurorluğu "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayevin küçədə döyülərək öldürülməsi haqda iddialara aydınlıq gətirib.
Publika.az-ın məlumatına görə, rayon Prokurorluğundan "Report"a bildirilib ki, jurnalist S.Mustafayevin döyülərək öldürülməsi haqda iddialar əsassızdır və öz təsdiqini tapmayıb.
Prokurorluğun məlumatına görə, jurnalistin küçədə huşunu itirərək yıxılması və nəticədə düynasını dəyişməsi anı yaxınlıqda olan insanların gözü qarşısında baş verib: "Onun döyülərək öldürülməsi iddiası yalandır. Ona görə də jurnalist Sabir Mustafayevin ölüm faktı ilə bağlı cinayət işi açılmayıb".
Qeyd edək ki, hadisə yanvarın 16-da Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasının qarşısında baş verib. "Respublika" qəzetinin əməkdaşı Sabir Mustafayev qəfildən huşunu itirərək yıxılıb, dünyasını dəyişib. Onun qardaşı Səxavət Mustafayev iddia edir ki, 64 yaşlı qardaşı döyülərək öldürülüb.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO