Goranboyda ev partladı, yaralı var
Bizi izləyin

Hadisə

Goranboyda ev partladı, yaralı var

Goranboy rayonunda partlayış hadisəsi baş verib.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 16-da saat 23 radələrində Goranboy rayonunun Səfikürd kəndində baş verib.

Orada yaşayan Etibar Bəşirovun evində təbii qazın sızmasından partlayış baş verib. Nəticədə evin bir qismi yanıb, E.Bəşirovun anası Gövhər Məmmədova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm