• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

Zibillikdən silah tapıldı – FOTO

  • Hadisə
  • 19 Yanvar 2016 17:22
  • 668 Baxış
Zibillikdən silah tapıldı – FOTO

Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanvarın 19-da “Təmiz Şəhər” ASC-in əməkdaşları həmin tapıntıları polisə təhvil verib.

Aşkar olunan təhlükəli əşyalar bunlar olub: 1 ədəd baraban tipli tapança, 1 ədəd avtomat darağı, 1 ədəd süngü bıçaq, 1 ədəd 12.7 çaplı patron, 2 ədəd 7.62 çaplı patron və 24 ədəd 5.45 çaplı patron.

Qeyd edək ki, paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.

Gülnar Əliyeva

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR