Hadisə
Saxta spirtli içki satan şəxs saxlanılıb - FOTO
Gəncədə qanunsuz spirtli içki satan ağdamlı məcburi köçkün saxlanılıb.
Publika.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, yanvarın 19-da Gəncə şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan qəsəbəsində qeydiyyatda olan Ağdamdan olan məcburi köçkün Cəlal Mirzəyev saxlanılıb. Onun barəsində idarəyə istehlakçıları aldatması, saxta və keyfiyyətsiz spirtli içki məhsulları və əmtəə nişanlarını Gəncə şəhəri və ətraf rayonlarda qanunsuz satması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olub.
C.Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib. Avtomobilə baxış keçirilən zaman yük və salon hissəsindən 3 ədəd plastik qabda 60 litr həcmində spirt, 357 ədəd üzərində müxtəlif markalı rus araqlarının əmtəə nişanları olan boş şüşələr, 218 ədəd tıxac, 25 ədəd Rusiya aksiz markası aşkar edilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır.
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ