24 yaşlı qız niyə öldürülüb? - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

24 yaşlı qız niyə öldürülüb? - ŞOK TƏFƏRRÜAT

Bir neçə gün əvvəl Sumqayıt şəhərində yaşadığı evdə öldürülən Səbinə Salayevanın qətlinin bəzi təfərrüatları məlum olub.

Bu barədə Publika.az-a mərhumun yaxınları məlumat verib.

Belə məlum olur ki, 24 yaşlı qızı öldürən Cəfər Ağayev onunla münasibət qurmaq istəsə də, qız buna razı olmayıb. Bu barədə atasına bildirib. Ata isə oğlandan qızını narahat etməməsini tələb edib.

“Buna baxmayaraq, o, yenə də qızı narahat edir, qarşısını kəsirdi. İş yerinə gedərək narazılıq yaradırmış. Qız 3 gün idi ona görə işə də getmirdi. O da bir neçə gün qızı izləyib. O gün də atası ilə anası evdən çıxdıqdan sonra qızın evdə tək olmasından istifadə edərək hasardan aşıb, həyətə düşüb. Səbinənin boynunun arxasından “beşbarmaq”la vurub. Sonra isə boğazını kəsib, bir neçə bıçaq vurub”, - qonşular deyib.


Qeyd edək ki, yanvarın 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Səbinə Salayevaya Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cəfər Ağayev bıçaqla çoxsaylı xəsarətlər yetirib. S.Salayeva hadisə yerində ölüb.

C.Ağayev həbs olunub.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm