Ordumuzun əsgəri şəhid oldu
Bizi izləyin

Hadisə

Ordumuzun əsgəri şəhid oldu

Yanvarın 29-da saat 15.00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Səfərov Nahid Fikrət oğlu şəhid olub.

Publika.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Dağlıq Qarabağa aidiyyəti olmayan bölgədə bu kimi təxribatın törədilməsi üçüncü tərəfin münaqişəyə cəlb edilməsi məqsədini daşıyır. Narahatçılıq doğuran həm də odur ki, hər dəfə beynəlxalq qurumlar yalnız erməni tərəfi itki verdikdə hadisəyə reaksiya göstərir.

Bildiririk ki, Silahlı Qüvvələrimiz tərəfindən cavab tədbirləri görüləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm