Yevlaxda yol qəzası: 5 ölü
Bizi izləyin

Hadisə

Yevlaxda yol qəzası: 5 ölü

Yevlaxda ağır yol qəzası olub.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində 2 “VAZ” və “Dodge” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Nəticədə xilasedicilər “VAZ” markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bəzi mənbələr də isə qəza nəticəsində 5 nəfərin öldüyü bildirilir. Ölənlərdən 3-nün adı məlum deyil.

Orucov Zaur Eldar oğlu 1986 (yaralı)

Orucova Sevinc Oruc qızı 1962 (yaralı)

Mustafayev İlham Tariel oğlu 1986 (dünyasını dəyişib)
Mustafayeva Fərqanə İlham qızı1966 (dünyasını dəyişib)
Mustafayeva Nigar Eldar 2009 qızı (yaralı)

Hadisə yerindən əlavə məlumat veriləcək. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm