44 yaşlı kişi özünü asdı
Bizi izləyin

Hadisə

44 yaşlı kişi özünü asdı

Beyləqanda intihar baş verib. Rayonun Kəbirli kəndində 44 yaşlı kişi özünü asıb.

Mərhumun qohumunun ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan Nuru oğlu İsmayılov yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb. Onun asılmış meyitini yeznəsi aşkar edib və ilkin yardım göstərmək istəyib. Lakin Əlixan İsmayılov artıq dünyasını dəyişmiş olub.

Mərhumun yaxınının bildirdiyinə görə, ali təhsilli olan 44 yaşlı kişi uzun müddətdir iş tapa bilmədiyindən gileylənirmiş.

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Özünü öldürən kişinin iki övladı var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm