Hadisə
Başı kəsilən azərbaycanlıların meyiti Marneuliyə gətirilib
Türkiyənin Düzcə bölgəsində başı
kəsilən üç azərbaycanlı bu gün saat 16.00-da Türkiyədən ambulansla
Marneuliyə gətirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə,
iki gün bundan əvvəl qətlə yetirilən 19 yaşlı Sahib Şərifovun anası
və qohumları İstanbuldan 228 kilometr məsafədə yerləşən Düzcə
bölgəsinə yola düşüblər və bu gün öldürülən şəxslər Gürcüstanın
Türkiyədəki konsulluğunun köməyi ilə Marneuliyə gətirilib.
Gürcüstan xarici işlər nazirliyinin məlumatına görə, başı kəsilən
qadınlardan biri Türkiyə vətəndaşlığını qəbul edib. Hadisə ilə
bağlı hələlik rəsmi açıqlama verilmir. Gürcüstan daxili işlər
nazirliyinin mətbuat xidməti isə hadisə ilə bağlı onlara rəsmi
şəkildə müraciət olunmadığı bildirib.
Bununla belə, Marneulidə hadisə ilə əlaqədar bir neçə versiyalar
dolaşır, lakin bu versiyalar da aidiyyatı təşkilatlar tərəfindən
hələlik təsdiqini tapmayıb. Bəzi məlumata görə, cinayət evdə
saxlanılan qızıl üstündə kəsilib. Bir neçə gün bundan əvvəl isə
onların təbii qazdan zəhərləndikləri bildirilmişdi.
Qeyd edək ki, Türkiyədə başı kəsilən iki bacılardan biri türkə ərə
gedib və sonra ondan ayrılıb. Öldürülən bacılardan birinin
Türkiyədə yenə bir qızı olduğu bildirilir. O da Marneulidəki
ərindən boşanıb. Sahib Şərifov 56 yaşlı Emmanın nəvəsi olub. Sabah
iki bacı və nəvə Marneulidə torpağa tapşırılacaq.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi