İcra başçısından Nardaranla bağlı yeni AÇIQLAMA
Bizi izləyin

Hadisə

İcra başçısından Nardaranla bağlı yeni AÇIQLAMA

“Nardaranda evlər sökülmür, sadəcə yollar genişləndirilir”.

Publika.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bakının Nardaran qəsəbəsində iki küçənin yenidən qurulması ilə bağlı obyektlərin və yaşayış sahələrinin sökülməsinə görə, mülk sahiblərinə kompensasiya verilməsi məsələsinə münasibət bildirərkən deyib.

A.Vəliyev bildirib ki, kompensasiyanın ödənilməsi məsələsi İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələ deyil: “Yol salınması işlərini “Azəryolservis” ASC həyata keçirir. Yolların genişləndirilməsi zamanı kimlərin ki, evlərinə və obyektlərinə müdaxilə olunursa, onun kompensasiyası da “Azəryolservis” ASC tərəfindən ədalətli şəkildə həll olunur. Bundan əlavə, Sabunçu rayon İcra Hakimiyyəti də Nardaranda abadlıq, quruculuq işlərini davam etdirir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm