Yevlaxda və Füzulidə ev yandı
Bizi izləyin

Hadisə

Yevlaxda və Füzulidə ev yandı

Yevlaxda yaşayış evində yanğın baş verib.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax rayonu, Xaldan kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının aynabəndinin yanar konstruksiyaları 60 kv.m, digər 3 otağın tavanı 60 kv.m və dam örtüyü 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Füzuli rayonunda olub. Füzuli rayonu, 6-ci Qayıdış qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyalari və ev əşyaları yanıb.

Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Yanğın saat 00:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm