İş adamının intihar cəhdinin qarşısı alındı - FOTO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

İş adamının intihar cəhdinin qarşısı alındı - FOTO (YENİLƏNİB)

Bu saatlarda Bakının Yasamal rayonu, Moskva prospektində Dönməz Məmmədov intihara cəhd edir.

Publika.az xəbər verir ki, həmin şəxs prospektdəki körpüdə üstünə benzin töküb yandıracağını bəyan edir.

Son məlumata görə, FHN xilasediciləri intihara cəhd edən Dönməz Məmmədovla danışıqlar aparırlar.

***

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin (NN) yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.

APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm