Hadisə
DİN polis bölməsindəki intiharla bağlı məlumat yaydı
Balakəndə oğurluqda təqsirləndirilən şəxs polis şöbəsində intihar edib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin yanvar ayı ərzində Katex kəndində yaşayan R.Hobolova, M.Nuriyevə və H.Dəlləyevə məxsus evlərdən 2040 manat, 1000 ABŞ dolları, 11000 rubl, 1 ədəd pnevmatik tir tüfəngi və qızıl əşyaları oğurlayan rayon sakinləri Əziz Əhmədov, Fəxri Əbəçiyev və İsmayıl Bulayev tutulub.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların ötən il dekabrın 11-də Zamir Baydarovun evinə girib onu tüfənglə hədələyərək 6000 manat aparmaları, həmçinin M.Nuriyevin evindən oğurluğu törədərkən diqqəti özlərindən yayındırmaq məqsədilə kənd sakinlərindən birinin həyətindəki ot tayasını yandırdıqları da müəyyən edilib.
Saxlanılanlardan Əziz Əhmədov fevralın 2-də saat 06 radələrində Balakən Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində sağ qolunu sanitar qovşağın küncünə sürtərək özünə xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Ə.Əhmədov fevralın 4-də saat 17 radələrində özünü oranın 3-cü mərtəbəsindən ataraq intihar edib.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?