51 yaralı, 9 ölü - Bakıda “yol terroru”
Bizi izləyin

Hadisə

51 yaralı, 9 ölü - Bakıda “yol terroru”

Yanvarın 1-dən fevralın 3-dək paytaxtda 41 yol nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 51 nəfər xəsarət alıb, 9 nəfər ölüb.


Bunu Publika.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.


Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 hadisə, 30 xəsarət, 12 ölüm faktı azdır.

Qeydə alınan qəzaların 47 faizi sürət həddinin aşılması, 51 faizi piyadaların vurulması, 27 faizi isə təhlükəli manevretmə qaydalarının pozulması səbəbindən baş verib.

O bildirib ki, hesabat dövründə yol hərəkəti qanunvericiliyinin pozulması ilə bağlı 65243 inzibati protokol tərtib edilib. Onlardan 1201-i sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi ilə bağlıdır. Bu müddət ərzində 9 minə yaxın piyada yol hərəkət qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm