Cinayətlərin 99,6 faizi açılıb
Bizi izləyin

Hadisə

Cinayətlərin 99,6 faizi açılıb

Ötən il Baş Prokurorluqda qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.

Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında məlumat verilib.

Baş Prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ildə qeydə alınmış 203 qəsdən adam öldürmə cinayətlərindən 194 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş və əksəriyyəti xüsusilə ağır cinayətlər olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnmiş 71 hadisənin isti izlərlə açılması təmin olunub. Həmin cinayətlərin açılması 95,5 % təşkil edib. 2014-cü illə müqayisədə hesabat dövründə qeydə alınmış qəsdən adam öldürmə cinayətlərinin ümumi sayı 16 hadisə və açılmamış bu xarakterli cinayətlərin sayı isə 3 hadisə azalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm