• USD 1,7000 0,00% EUR 1,8782 0,00%
    • GBP 2,1781 0,00% RUB 0,0267 0,00%

Süni qiymət artımı ilə bağlı 12 cinayət işi açılıb

  • Hadisə
  • 5 Fevral 2016 20:43
  • 629 Baxış
Süni qiymət artımı ilə bağlı 12 cinayət işi açılıb

Süni qiymət artımına yol verənlərə qarşı 12 cinayət işi açılıb.

Publika.az xəbər verir ki, bu barədə bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında məlumat verilib.

İclasda bildirilib ki, ölkə başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilməklə yol verilmiş qanunsuz hallara qarşı ən sərt mübarizə tədbirləri davam etdirilir. Həmin dövrdən etibarən süni qiymət artımı ilə əlaqədar Baş İdarə tərəfindən 12 cinayət işi başlanmaqla hazırda istintaq tədbirləri davam etdirilir.

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2015-ci ildə rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 295 şəxs barəsində 200 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəmələrə göndərilməsi, həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanmasında iştirak etmiş korrupsiya şəbəkəsi üzvlərinin qanunsuz əməllərinin ifşa edilməklə barələrində qısa müddətdə qanunamüvafiq tədbirlərin görülməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR