
Bakı şəhəri, Suraxanı rayonunda sahibləri məlum olmayan “VAZ”, “BMW” və “OPEL” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nəticədə, “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 21:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.