83 yaşlı qadın bağlı qapı arxasında vəfat edib
Bizi izləyin

Hadisə

83 yaşlı qadın bağlı qapı arxasında vəfat edib

Gəncədə 83 yaşlı qadın bağlı qapı arxasında vəfat edib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda 1933-cü il təvəllüdlü Zeynalova Brilliyant Misir qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı B. Zeynalovanın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 02:00-da başa çatıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm