Xaçmazda və Bərdədə evlər, Sumqayıtda sex yandı
Bizi izləyin

Hadisə

Xaçmazda və Bərdədə evlər, Sumqayıtda sex yandı

Xaçmaz və Bərdə rayonlarında evlər yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ağyaz Buduq kəndində 1953-cü il təvəllüdlü Hacıyeva Nəzakət Hacağa qızına məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı mənzilin sahibinin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 03:40-da söndürülüb.

Bərdə rayonu, Əyricə kəndində ümumi sahəsi 221 kv.m olan birmərtəbəli 8 otaqlı kürsülü evin yanar konstruksiyaları və əşyaları qismən yanıb.

Qalan tikililər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sumqayıtda isə sexdə yanğın baş verib. Ümumi sahəsi 600 kv.m olan Polietilen materialları istehsal edən sexin 200 kv.m sahədə taxtadan ibarət dam örtüyünün yanar konstruksiyaları, 10 ton polietilen dənəvər xammal, 50 ədəd polietilen borular və 4 ədəd dəzgah yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm