Bakıda sex yandı
Bizi izləyin

Hadisə

Bakıda sex yandı

Səbail rayonunda ikimərtəbəli yaşayışbinasında yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, binanın 1-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan un məmulatlarının bişirilib satışının təşkil edildiyi obyektin döşəməsi 15 kv.m sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm