Metro tikintisində yanğın - Bakıda
Bizi izləyin

Hadisə

Metro tikintisində yanğın - Bakıda

Bakıda metro tikintisində yanğın olub.

Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində baş verib. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev APA-ya faktı təsdiqləyib.

Onun sözlərinə görə, Bakı metrosunun “Bənövşəyi-3” xəttinin tikintisinin getdiyi ərazidə işçilər üçün nəzərdə tutulan vaqonlarda qəfildən yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Nəsimi Paşayev bildirib ki, yanğının səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, şərti adları “Avtovağzal” və “Memar Əcəmi-2” olan stansiyaların istifadəyə verilməsi ilə Bakı Metropoliteninin yeni “Bənövşəyi xətt”ində ilk qatarlar hərəkətə başlayacaq.

Publika.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan metrostansiyaya məxsus fəhlələrin soyunub-geyinmə üçün nəzərdə tutulmuş ümumi sahəsi 67 kv.m olan (hər birinin sahəsi 22,5 kv.m) 3 ədəd vaqonun lambirdən ibarət üzlükləri və digər vaqonun yanar konstruksiyaları qismən yanıb.

Yanğın saat 22:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm