Cəlilabadda ağır yol qəzası: 1 ölü, 1 yaralı
Bizi izləyin

Hadisə

Cəlilabadda ağır yol qəzası: 1 ölü, 1 yaralı

Bu gecə Ələt-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanmasıyla nəticələnən ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, Masallı rayonunun Kolatan kend sakini Abıyev Xəyal İlham oğlunun idarə etdiyi "10-UF-797" dövlət qeydiyyat nişanlı "Mercedes" minik avtomaşını yoldan çıxaraq ağaca çırpılıb.

Tamamilə yararsız hala düşən avtomobildə sürücü ilə yanaşı onun qonşusu Babayev Nicat Seyfəddin oğlu da olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayonu üzrə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Bütün səylərə baxmayaraq sürücü Xəyal Abıyev hadisə yerində keçinib. Nicat Babayev isə ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Tecili Yardım Şöbəsinə yerləşdirilib. Xəstəxanadan "Report"-a verilən məlumata göre Nicat Babayevin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm