“Binə”də oğurluq: maşından 40 minlik qızıl aparıldı
Bizi izləyin

Hadisə

“Binə”də oğurluq: maşından 40 minlik qızıl aparıldı

Bakıda avtomobildən oğurluq olub.

“Report”un xəbərinə görə, Lökbatan qəsəbəsində yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığında Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Təranə Əsgər qızı Aslanovaya məxsus BMW markalı avtomobildən şüşəni sındırmaqla, içərisində 40 min manat dəyərində qızıl-zinət əşyaları, 100 manat pul və sənədlər olan əl çantası oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm