Ağcabədidə qaçırılan müəllimə ailəsinə qaytarıldı
Bizi izləyin

Hadisə

Ağcabədidə qaçırılan müəllimə ailəsinə qaytarıldı

Fevralın 1-də Ağcabədi rayonunda qaçırılan müəllimə ailəsinə qaytarılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 3 saylı Ağcabədi şəhər tam orta məktəbinin müəllimi Fəridə Ağayevanı yaxın qohumu Nadir Ağayevin evlənmək məqsədilə qaçırdığı müəyyənləşib. Bildirilir ki, ailə böyükləri onlarla söhbət edəndən sonra qız evlərinə qayıtmağa razı olub. F. Ağayeva polisə izahatında N. Ağayevin onu zorla qaçırmadığını, könüllü getdiyini bildirib. N. Ağayevdən şikayətçi olmayan müəllim valideynləri razılıq verdikləri təqdirdə onunla ailə quracağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm