FHN iki nəfəri xilas edib
Bizi izləyin

Hadisə

FHN iki nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az xəbər FHN mətbuat xidmətinə istinadən verir ki,dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və vətəndaşı döşəmədə halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bundan əlavə, sözügedən idarəetmə mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə də məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm