Bakıda iki ev yanıb
Bizi izləyin

Hadisə

Bakıda iki ev yanıb

Bakıda bir gecədə iki ev yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadın xəbər verir ki, Bakının Xəzər rayonunda ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 64 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Sabunçu rayonunda da ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının, yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm