Hadisə
“Lotu Quli”nin “taclandırdığı” “qanuni oğru” özünü asdı - Həbsxanada
Rusiyanın Çerdınski rayonunda yerləşən 11 saylı
islahedici koloniyada “qanuni oğru” asılmış vəziyyətdə
tapılıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dünən
qeydə alınıb. Məlumata görə, Novıkov son saatlarını birnəfərlik
kamerada keçirib. “Qanuni oğru”nun cəsədi də burada tapılıb.
Əldə olunan məlumatlara görə, "Pioner" məhz bu kamerada daha
öncə də intihara cəhd edib. Lakin həmin vaxt qarnını sərt cisimlə
yaran “qanuni oğru”nu xilas etmək mümkün olub. Koloniya heyətindən
başqa "Pioner"in görüşdüyü tək insan onun vəkili olub. Deyilənə
görə, ölümündən öncə "Pioner" “mən “oğru” kimi öləcəyəm” sözlərini
təkrar edib.
“Qanuni oğru” kimi qalmasına ona kimin və ya nəyin mane olduğu
məlum deyil. Lakin görünən odur ki, barmaqlıqlar arxasında bu
titulu qorumaq artıq qəhrəmanlıq tələb edir.
Məlumat üçün bildirək ki, 46 yaşlı “qanuni oğru” Maksim Novıkov
(Maks Pioner) qeyri-qanuni narkotik vasitə saxlamağa görə həbs
olunub. Maks barəsində ötən ilin fevralında cinayət işi açılıb. 7
aydan sonra Novıkov ciddi rejimdə 3 il yarım həbsə məhkum
olunub.
Qeyd edək ki, Maksim Novıkov 2014-cü ilin sentyabrında Volodya Blondin, Lexa Zabava, Jora Taşkendski, Vova Puxlıy, Oleq Sırkaç və digərlərinin iştirakı ilə Lotu Quli tərəfindən “taclandırılıb”.
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər