FHN 5 nəfəri xilas edib
Bizi izləyin

Hadisə

FHN 5 nəfəri xilas edib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil verib.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 4 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

***

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm