"SOCAR Türkiyə"nin rəhbəri soyuldu
Bizi izləyin

Hadisə

"SOCAR Türkiyə"nin rəhbəri soyuldu

"SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.

APA Türkiyənin "Vətən" qəzetinə istinadən verdiyi məlumata görə, K. Yavuz ticarət mərkəzində olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K. Yavuz banka zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib: "Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib".

K. Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K, Yavuzun yeni kredit kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm