48 yaşlı kişi özünü güllələdi
Bizi izləyin

Hadisə

48 yaşlı kişi özünü güllələdi

Xaçmaz sakini həyatına qəsd edib.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Xaçmazın Maqsudkənd yaşayış məntəqəsində qeydə alınıb.

48 yaşlı kənd sakini Şahid Seyid oğlu Şahbazov ov tüfəngi ilə özünü güllələyib. Ailə üzvləri bu barədə dərhal Xaçmazın hüquq-mühafizə organlarına məlumat veriblər.

Mərhumun meyidi tibbi ekspertiza olunmaq üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloju Anatomiya birliyinin Xaçmaz şöbəsinə aparlıb.

Xaçmaz prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Ailəli olan Cahid Şahbazoun hansı səbəbdən özünü güllələməsi ilə bağlı heç bir versiya səslənmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm