Almaniyadan Azərbaycana mal-qara gətirən yük maşını atəşə tutulub
Bizi izləyin

Hadisə

Almaniyadan Azərbaycana mal-qara gətirən yük maşını atəşə tutulub

Fevralın 11-də Almaniyadan Azərbaycana inək daşıyan Polşaya məxsus yük maşını Dağıstan ərazisində atəşə tutulub.

"Report" xəbər verir ki, bu barədə RDC kanalına istinadən Polşa Mədəniyyət Mərkəzinin Kalininqraddakı ofisinin saytı məlumat yayıb.

Azərbaycana alman inəkləri gətirən Polşa maşınına avtomat silahdan atəş açılıb. Yük maşınının ban hissəsi güllələrdən deşilib, sürücü zərər çəkməyib və maşını Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin yaxınlıqdakı stansiyasına çatdıra bilib. Ehtimala görə, hücuma səbəb quldurluq və yük maşınındakı mal-qaranın ələ keçirilməsinə cəhd ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm