Hadisə
Bakıda sevgilisini məftillə boğan gəncin ŞOK etirafları
Bakının Binəqədi rayonunda qətl törətməkdə təqsirli bilinən 22 yaşlı Fəhmin Qədimov barəsində həbs-qətimkan tədbiri seçilib. O, ötən gün Binəqədi rayonunun Cavadxan küçəsində kirayə götürdüyü evdə 39 yaşlı Sədaqət Əsgərovanı qısqanclıq zəminində boğaraq öldürməkdə təqsirli bilinir. Saxlanılan şəxsin sözlərinə görə, mərhum Sədaqətlə 1 ay bundan qabaq metronun “28 May” stansiyasının qarşısında tanış olub. Qadın metronun “Memar Əcəmi” stansiyası yaxınlığında kirayədə yaşayırmış. Evin qiyməti baha olduğundan Fəhmin ona yeni mənzil kirayələyib.
“Çağırdım, gəldi baxdı, xoşuna gəldi. Silib təmizlədi, evi götürdüyüm 4 gün idi. Ondan əvvəl çöldə-bayırda, öz evində görüşürdük. Getdi, səhəri gün gəldi. Dedim ona gəl bura. Mən bilirəm sən kiminləsə görüşürsən, eləmə”, – deyə saxlanılan şəxs - Fəhmin Qədimov açıqlamasında bildirib.
Qadının sərt cavabı Fəhmini özündən çıxarıb və nəticədə onun
başını qolları arasında sıxaraq boğmağa başlayıb.
“Sonradan məftildən istifadə etməyə başladım. Gördüm boğulub,
amma canını hələ tapşırmayıb. Məftillə sıxdım, şalvarı üzünə
qoydum, başını bağladım ki, qoy səsi çıxmasın”, – deyə əlavə
edib.
Hadisəni törədəndən sonra Fəhmin qadının maşınına oturaraq rayona gedib və anası ilə vidalaşıb. Dərhal geri qayıdan gənc özü könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinə gəlib təslim olub. Məlumata görə, qadının 18 yaşında oğlu da var. Fəhmin Qədimov isə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb. (anspress.com)
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO