• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Şəkidə güclü partlayış: Xəsarət alan var

  • Hadisə
  • 14 Fevral 2016 02:12
  • 731 Baxış
Şəkidə güclü partlayış: Xəsarət alan var

Şəkidə fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub.

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, fevralın 13-ü axşam saat 21 radələrində Şəki şəhəri, Aşıq Cuma küçəsi 21 ünvanında yaşayan, 1962-ci il təvəllüdlü Gülnaz Nemət qızı Əhmədova hər iki qulaq seyvanının və sol əlin üs nahiyəsinin 2-ci dərəcəli termiki yanıq xəsarətləri və sol ayağın baldır nahiyəsinin cırılmış yarası dioqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 54 yaşlı Gülnaz Əhmədova axşam saatlarında yaşadığı evdə evi qızdırmaq üçün quraşdırılmış istilik sisteminin “kombi” adlanan qaz cihazında qaz sızması hiss edib. G. Əhmədova qaz sızmasını dəqiqləşdirmək üçün kibrid yandıraraq “kombi” cihazını yoxlamaq istəyən zaman anidən alovla müşahidə edilən partlayış baş verib. Partlayış zamanı “kombi” yerləşən otağın pəncərəsi sınıb, şüşələri qırılıb. Nəticədə G. Əhmədova xəsarətlər alıb. G. Əhmədovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda o da bildirilir ki, G. Əhmədova Azərbaycan Beynəlxalq Bankının Şəki rayon filialında mühasib vəzifəsində işləyir.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR