
Lənkəran rayonunda yanğın olub.
Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkəran rayonunun Boladi kəndində vətəndaşa məxsus, ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli, 6 otaq və 2 aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 105 kv.m sahədə yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma başlanıb.