Gəncədə “Opel”, Mingəçevirdə "BMW" yanıb
Bizi izləyin

Hadisə

Gəncədə “Opel”, Mingəçevirdə "BMW" yanıb

Gəncə şəhərində "Opel" markalı minik avtomobil yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,

Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Mingəçevir şəhərində vətəndaşa isə məxsus "BMW" markalı minik avtomobilinin salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunmub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm