
Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində azərbaycanlı məktəbli yaralanıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.
Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.