• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Komitə keçmiş əməkdaşı barədə prokurorluğa müraciət etdi

  • Hadisə
  • 15 Fevral 2016 16:52
  • 661 Baxış
Komitə keçmiş əməkdaşı barədə prokurorluğa müraciət etdi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dələduzluqda ittiham olunan sabiq Aparat rəhbəri Səfər İmanov barədə məlumat yayıb.

Komitədən Publika.az-a verilən məlumatda bildirilib ki, Dövlət Komitəsinə Aparat rəhbəri Səfər İmanovun rüşvət alması və insanları aldatması ilə bağlı vətəndaşlar tərəfindən müraciətlər daxil olub.

Bu il fevralın 5-də bu məsələlərin araşdırılması üçün Dövlət Komitəsi rəsmi şəkildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

Məlumatda qeyd edilib ki, Səfər İmanov 1 noyabr 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində fəaliyyətini dayandırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR