6 yaşlı oğlunun başını kəsən qatil ata tutuldu - Dəhşətli qətlin TƏFƏRRÜATI (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

6 yaşlı oğlunun başını kəsən qatil ata tutuldu - Dəhşətli qətlin TƏFƏRRÜATI (YENİLƏNİB)

Beyləqanda dəhşətli qətl törədilib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

***

Beyləqan rayon Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərovun 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında olub.

“Hadisə baş verən gün Z.İsgəndərov oğlu ilə evdə tək olub. Digər azyaşlı oğlu və həyat yoldaşı evdə olmayıb. Yoldaşı rayon mərkəzinə atasıgilə qonaq gedib. Axşam saat 21-22 radələrində Z.İsgəndərov oğlunu yaşadıqları evdən 2-3 kilometr kənarda yerləşən təsərrüfat sahələrinə aparıb. Orada hadisəni törədib".

Kənd sakinləri Z.İsgəndərovun heç bir psixoloji probleminin olmadığını deyiblər. Onun içki aludəçisi olduğu bütün kənd sakinlərinə məlumdur. Sakinlər deyir ki, o, hadisəni yalnız içkili halda törədə bilər. Çünki içkili vaxtında Z.İsgəndərov özünü idarə edə bilmir, ətrafındakılara qarşı aqressiv olur.

Məlumata görə, Z.İsgəndərovun daimi işi olmayıb. Bir müddət Bakıda tikintidə işləyib, sonra isə rayonda və kənddə ev tikintisi və təmiri ilə məşğul olub.

***

Zahid İsgəndərovun qardaşı Vahid İsgəndərov Publika.az-a bildirib ki, qardaşı ilə yoldaşı arasında daim problemlər olub. Qardaşı oğlunu anasına verməmək üçün uşağı öldürüb:

“Bu qadından ayrılmaq istəyirdi. Rəsmi nikahları olmadığına görə uşaq ananın adında idi. Qardaşım içki içirdi, xasiyyəti də çox pis idi, normal adam deyildi. İçki içəndə nalayiq hərəkətlər edirdi. Yoldaşını öldürmək istəməsi barədə heç nə deyə bilmərəm, amma yoldaşı ilə yola getmirdi. Axırıncı dəfə yoldaşını anasıgilə aparmışdı. Orada aralarında dava olmuşdu, uşaqlarını götürüb gəlmişdi. Qızın ailəsi işə qarışandan sonra kiçik oğlunu anasına verdi. Amma anası böyük oğlunu da ondan almaq istəyirdi. Ona görə də aralarında söz-söhbət var idi, qardaşım isə uşağı vermək istəmirdi. Dünən gecə də uşağı aparıb evdən kənarda öldürüb. Öldürəndən sonra bizə zəng edib “Arvadım uşağı məndən istəyirdi, onun acığına uşağı öldürmüşəm. Başını kəsmişəm, gedin götürün”,- dedi. Onun dediyi yerə getdik, uşağın cəsədini götürdük. Özü isə axtarışdadır. Hələ ki, tapılmayıb. Təkcə polis yox, hamımız axtarırıq. O, cinayətkardır, tutulmalıdır”.

V.İsgəndərov deyib ki, bu, qardaşının ikinci ailəsi idi. Əvvəlki evliliyi rəsmi olsa da, bununla münasibəti qeyri-rəsmi idi. Qardaşının birinci evliliyindən də iki övladı var.

“Birinci ailəsi ilə Ağcabədidə qalırdı. O qadından bir övladı olanda bu qadını qaçırmışdı. Bundan bir uşağı olanda yenidən birinci həyat yoldaşına qayıtmışdı. Ondan ikinci uşağı olandan sonra, yenidən bu qadının yanına qayıtmışdı. Dolaşıq ailə idi. Biz də həmişə ona yol göstərməyə çalışırdıq. Amma heç kimi eşitmirdi. Demək olar ki, günahın çoxu qardaşımda idi. Bir də qayınatası çox qarışırdı işlərinə”.

***

6 yaşlı oğlunun başını kəsən qatil ata həbs edildi.

Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov həbs edilib.

Bu barədə Publika.az-a rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, o, hazırda polis şöbəsindədir. Qatil ata prokurorluğa aparılaraq ifadəsi alınacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm