Rusiyaya dollar aparmaq istəyərkən tutuldu
Bizi izləyin

Hadisə

Rusiyaya dollar aparmaq istəyərkən tutuldu

Gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasının ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Sankt-Peterburq aviareysilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya Federasiyasının vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.

Ş.Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm