
Azərbaycandan Türkiyəyə qaçaq yolla keçirilən 33 kiloqram külçə qızıl İstanbul polisi tərəfindən tutulub.
Publika.az Türkiyə mediasına istinadən xəbər
verir ki, İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində
Azərbaycan dövlət nömrə nişanlı avtomobil saxlanılıb. Axtarış
zamanı avtomobildən 33 kiloqram 576 qram ağırlığında 39 saf külçə
qızıl tapılıb.
Polis bölməsinə gətirilən iki şübhəli bildirib ki, Azərbaycanda
qızıl alveri ilə məşğuldurlar.
“Türkiyədə qızıl bahalıdır. Əlimizdəki külçə qızılları Türkiyəyə gətirib əridərək satmaq qərarına gəldik”, - deyə bildiriblər.
Asif